Boris Conson Ukrayna təyyarəsinin İran tərəfindən səhvən vurulmasına münasibət bildirib

Boris Conson Ukrayna təyyarəsinin İran tərəfindən səhvən vurulmasına münasibət bildirib

Böyük Britaniyanın Baş Naziri Boris Conson İranın Ukraynaya məxsus “Boeing 737” təyyarəsini səhvən vurmağı ilə bağlı etirafının önəmli ilk addımlar olduğunu qeyd edib.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, B.Conson İranın şəffaf və müstəqil istintaq aparılması üçün əməkdaşlıq etməsinin lazımlılığını bildirib: “Aydındır kı, bölgədəki qarşıdurma yalnız daha çox itki və faciəyə səbəb olacaq. Bütün liderlərin indi diplomatik yolla irəliləmələri çox vacibdir”.

Qeyd edək ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarəni İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün səhvən vurduqlarını bildirib.

 

Mənbə

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir