Hövsanda Pakistan vətəndaşı azərbaycanlı arvadını bıçaqlayıb


 Hövsanda Pakistan vətəndaşı azərbaycanlı arvadını bıçaqlayıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü İmran Fəxrəndə Şamil qızı Pakistan vətəndaşı olan həyat yoldaşı tərəfindən qısqanclıq zəminində bıçaqlanıb.

Yaralı hadisə yerinə gələn təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 35 yaşlı qadın əməliyyat olunub, vəziyyəti ağırdır.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Ramin Şahbazov

Mənbə

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir