MSK: Namizədliyi qeydə alınmış  934 nəfərdən 267-i  22 partiyanın təmsilçiləridir

Mərkəzi Seçki Komissiyasının (MSK) son məlumatına əsasən, Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

MSK sədri Məzahir Pənahov komissiyanın bu gün  keçirilən iclasında bildirib ki, müraciət edən şəxslərin 2354 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib:

Onlardan 2247 nəfəri imza vərəqələrini artıq götürüb, 1764 nəfəri imza vərəqələrini qaytarıb, 934 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

M. Pənahov  namizədliyi qeydə alınan şəxslərdən  185 nəfərin  16 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısına daxil şəxslər  olduğunu qeyd edərək deyib:

6  nəfərin namizədliyi təşəbbüs qrupları, 743 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb”.

Namizədliyi qeydə alınmış  934 nəfərdən 267-i  22 partiyanın təmsilçiləridir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir