Ötən ilin sonuncu ayında ölkə üzrə gündəlik neft hasilatı 771 min barel olub

Ötən ilin dekabr ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 771 min barel olub. Bunun 680 min barelini xam neft, 91 min barelini kondensat təşkil edib.

Energetika Nazirliyindən  verilən məlumata əsasən, gündəlik 457 min barel xam neft, 84 min barel kondensat, 19,9 min barel neft məhsulları ixrac edilib.

Məlumata görə, gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair 7 dekabr 2018-ci il tarixli Razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir