“Qarabağ” Nicat Mehbalıyevi geri qaytarıb

 

Ağdamın “Qarabağ” klubu heyətinə daha bir futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, icarə müddəti sona çatdığı üçün komandanı tərk edən Asmir Beqoviçin gedişindən sonra Azərbaycan çempionu qapıçılarla bağlı problemini həll edib.

Bosniya və herseqovinalıdan sonra düşərgədə iki qolkiperlə – Vaqner Silva və Şahruddin Məhəmmədliyevlə qalan ağdamlılar Nicat Mehbalıyevi geri qaytarıb. Mövsümün ilk yarısını icarə əsasında “Sumqayıt”da keçirən gənc qolkiper yenidən “Qarabağ”a qayıdıb. O, artıq komandayla məşqlərdə iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir