“Azəriqaz”: magistral qaz xətti zədələnib, bəzi rayonların təchizatında fasilə yaranacaq

Bu gün yol tikintisi ilə məşğul olan podratçı təşkilat tikinti işləri icra edərkən “Qaz İxrac” İdarəsinin balansında olan “Xaldan-Balakən” yüksək təzyiqli magistral qaz kəmərinin Şəki rayonunun Dəhnə kəndindən keçən hissəsini zədələyib.

“Azəriqaz” İstehsalat Birliyi bununla bağlı məlumat yayıb və bildirib ki, qəza sonrası təcili tədbirlər görülərək kəmərdə təzyiq dərhal aşağı endirilib və qaz xəttinin 29-59-cu km-ləri arasında qəzanın ləğv edilməsi məqsədilə saat 15:20-də qaz təchizatı dayandırılıb.

Yaxın 1-2 saat ərzində borudan qaz qəbulu davam edəcək, lakin sonradan təzyiq aşağı düşdükcə Şəki, Qax, Zaqatala, Balakən rayonlarının qaz təminatında fasilə yaranacaq. 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir