Ondan çox şübhəli hərbi qulluqçu ölkədən çıxarılacaq

 CNN: ABŞ ondan çox səudiyyəli hərbçini ölkədən çıxaracaq

ABŞ-da təhsil alan ondan çox Səudiyyə Ərəbistanının hərbi qulluqçusu Florida ştatındakı hərbi bazada baş verən atışmadan sonra aparılan yoxlamanın nəticələrinə əsasən ölkədən çıxarılacaq.

Bu barədə “CNN” məlumat yayıb.

Ötən il dekabrın 6-da səhər saatlarında Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı hərbi bazasında təlim keçən hərbçisi Məhəmməd Səid əl-Şamrani həmkarlarına atəş açıb. Nəticədə hərbçinin özü daxil olmaqla 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bu hadisədən sonra Amerika Birləşmiş Ştatlarının səlahiyyətli şəxsləri, hərbi bazada təlim keçən Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) təxminən 850 hərbi qulluqçusu barəsində araşdırma aparıb.

Kanalın bildirdiyinə görə, ölkədən çıxarılacaq hərbçilər cinayətkarla əlbir olmaqda ittiham olunmur. Onların bir qismi dini ekstremist təşkilatlarla əlaqədə şübhəli bilinib. Digərləri isə uşaq pornoqrafiyasına meyilli olduğu üçün deportasiya ediləcək.

Federal Təhqiqat Bürosu (FTB) və ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri yayılan məlumata şərh verməkdən imtina ediblər.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir