Liviyanın hökumət başçısı Sərrac Türkiyədədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Liviya Milli Razılaşma Hökumətinin Rəhbərlik Şurasının sədri Fayiz əs-Sərracı qəbul edib.

“Dolmabağça” sarayında keçirilən təkbətək görüş 2 saat 30 dəqiqə sürüb. Müzakirə mövzusu bəlli olsa da, nədən danışıldığı, hansı razılığı gəlindiyi haqqında   mətbuata məlumat verilməyib.

Xatırladaq ki, İstanbul görüşündən sonra Ərdoğan və Putinin Liviyaya atəşkəs çağırışı, ardından Hafterin bunu rədd etməsi, bir gün sonra Türkiyənin Rusiyaya, sonuncunun da Hafterə təsiri ilə bu gecədən atəşkəs elan olunub.

Ardından da Liviya Milli Razılaşma Hökumətinin Rəhbərlik Şurasının sədrinin Türkiyəyə səfəri regionda hadisələrin sürətlə inkişafına dəlalət etməklə yanaşı, qardaş ölkənin uğurlu geosiyasi  həmləsinin təzahürüdür.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir