Akilya Saleh:"Hamını cəsarətli olmağa çağırıram"

Liviyanın şərqindəki parlament hərbi yardım üçün Misirə müraciət edə bilər

Liviyanın şərqində yerləşən və Xəlifə Haftarın rəhbəri olduğu qiyamçı ordu  ilə əməkdaşlıq edən parlament hərbi yardım üçün Misirə müraciət edə bilər.

 “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bu gün bunu parlamentin spikeri Akilya Saleh Misir parlamentində çıxışı zamanı bildirib.

A. Saleh xarici müdaxilə olacağı halda belə bir müraciət edə biləcəklərini vurğulayıb: “Hamını cəsarətli mövqe tutmağa çağırıram”.

Qeyd edək ki, Türkiyə Fayiz Sərracın rəhbərlik etdiyi Milli Razılıq Hökuməti ilə hərbi yardım haqqında müqavilə imzalayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 12 yanvar gecə saat 00.00 radələrindən isə Liviyada tərəflər atəşkəs elan edib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir