Portuqal motosikletçisi "Dakar" yarışında həlak olub

 Portuqal motosikletçisi "Dakar" yarışında həlak olub - FOTO

Portuqal motosikletçisi Paulu Qonsalveş “Dakar” marafonun yeddinci mərhələsinin gedişatında həlak olub.

Bu barədə “Report” “Dakar” yarışının “Twitter”dəki rəsmi səhifəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, 40 yaşlı idmançı 276-cı kilometr mərhələdə motosikletdən yıxılıb. Hadisə yerinə tibb helikopteri göndərilib. Həkimlər Qonsalveşə ürək dayanması diaqnozunu qoyublar və yerdə reanimasiya keçiriblər. İdmançı xəstəxanaya yerləşdirilib, lakin o ölüb.

 

“Dakar” yarışı portuqaliyalı üçün 13-cü olub. O, əvvəlki altıncı mərhələdən sonra motosikletçilərin hesabında 46-cı olub. Qonsalveş ilk dəfə yarışda 2006-cı ildə çıxış edib. İdmançı 2015-ci ildə yarışda ikinci yeri tutub.

“Dakar” yarışı 2020-ci ildə ilk dəfə Səudiyyə Ərəbistanında keçirilir. Yarış yanvarın 17-də başa çatacaq.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir