Putin Trampın düzəlməsi üçün Əsədə onu Dəməşqə dəvət etməyi məsləhət görüb...

Rusiya Prezidenti Vladimir Putinin Milad bayramına təsadüf edən Suriyaya qısamüddətli səfərinin, Bəşər Əsədlə görüşünün bəzi təfərrüatları  ictimaiyyətə açıqlanıb.

Xatırladaq ki, Putin bu səfər zamanı Əsədlə  Dəməşqdəki Məryəm Ana kilsəsinə  getmişdi. O, görüş çərçivəsində  Putinin Əsədlə kilsədə zarafatlaşdığı səhnə Rusiyanın dövlət televiziya kanalında göstərilib.

Kilsədə həvari Pavel (red: İsa peyğəmbərin 12  əshabəsindən biri)   xatırlanıb.

Xristian dünyasında həvari Pavelin  Dəməşq qapıları önündə xristianlığı qəbul etdiyinə inanılır. İddiaya görə, o, şəhərə gələrkən göydəki gur işıqdan kor olub, bu zaman İsa məsih zühur edib və ona gözlərinin açılması üçün düz yolla həvarinin evinə getməsini tapşırıb…

Bu əfsanəyə xitabən Bəşər Əsəd:

Əgər Tramp bu yola gələrsə, o da düzələr…”

, – deyib və bunun qarşılığında Putin:

Düzələr-düzələr… Siz dəvət edin, o gələr”

sözləri ilə  mövzunu dəstəkləyib.  Putinin bu replikasına  Əsəd  Amerika rəhbərliyini qəbul etməyə hazır olduğunu ifadə etməklə cavab verib. Putin də bunu Trampa çatdıracağına söz verib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir