Atəşkəs razılaşmasına Sərrac imza atıb, Hafter sabahacan vaxt istəyib

Liviyadakı vətəndaş müharibəsinin tərəfləri arasında Moskvada keçirilən danışıqlar uğurla nəticələnmək üzrədir. 5 saata yaxın sürən gərgin müzakirələr sonunda atəşkəs müqaviləsi hazırlanıb və tərəflər bunu qəbul edib.

Leqal hökumət  heyəti müqavilə mətnini qəbul edib və Sərrac sənədə imza atıb.

Hafter heyəti şərtsiz atəşkəs çağırışını qəbul  edib  və imzadan öncə sənədin təkrar öyrənilməsi üçün sabaha qədər əlavə vaxt istəyib.

Bu barədə məlumatı Türkiyənin və Rusiyanın Xarici İşlər nazirlərinin birgə mətbuat brifinqində məlumat verilib. Hər iki nazir eyni bəyanatla çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir