Bakıda sərnişin avtobusundan yıxılan sərnişin ağır kəllə-beyin travması alıb

 

Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı bir nəfər ağır yaralanıb.

Hadisə Buta qəsəbəsində baş verib.

126 nömrəli marşrut xəttu üzrə hərəkət edən avtobusdan sərnişin 1980-ci il təvəllüdlü İsmayılov Elnur Cavad oğlu enmək istəyib. Bu zaman o hərəkət etmək istəyən avtobusdan yerə yıxılıb. Yaralı açıq kəllə-beyin travması diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir