İstanbul Birjası ticarət gününü tarixi rekordla bağlayıb

İstanbul Birjasında ticarət günü ərzində BİST-100  indeksi öncəki günə nisbətən min 174 bənd artıb və əməliyyat məbləği 14,5 milyard lirə olub. Seans ərzində BİST – 100  121 min 504,39 bəndi  görüb.

  • Bank indeksi 1,2
  • Holdinq indeksi 0,16 faiz dəyər qazanıb.
  • Ən çox qazandıran dəri-toxuculuq indeksi olub: 3,2 faiz.
  • Ən çox dəyər itirən isə idman indeksi olub: 1,08 faiz

Birja ekspertlərinin fikrincə, İstanbul Birjasının rekord yüksəlişi  Türkiyənin makroiqtisadi göstəricilərində qeydə alınan müsbət tendensiyanın nəticəsidir. Bu,  gələcək riskləri azaltdığından  sərmayədarlar satışa deyil, alışa daha çox üstünlük verirlər.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir