“Microsoft” bu gündən etibarən “Windows-7"yə dəstəyi dayandırıb, amma...

“Microsoft” bu gündən etibarən “Windows-7 ” əməliyyat sistemlərinə göstərdiyi texniki-təhlükəsizlik dəstəyini dayandırıb. Bu, yeni və qəfil qərar deyil – vaxtı ötən il elan olunmuşdu.

“Microsoft” kompüter istifadəçilərini cihazlarının əməliyyat proqramlarını yeniləyib  “Windows-10” operativ əməliyyat sisteminə keçməyi məsləhət görür.

Korporasiya mütəxəssisləri “Windows-7” proqramının mənən köhnəldiyini, kibernetik yeni hücum üsullarına qarşı müdafiə tələblərinə cavab vermədiyini bildiriblər.

Onlar istifadə olunan cihazları – kompüterləri də (köhnə modellərdirsə) yeniləməyi tövsiyə edirlər. Mühəndislər  xəbərdar edirlər ki, köhnə  model cihazlar “Windows-10” proqramı ilə normal işləməyə, yeni texnologiyalar üçün nəzərdə tutlmuş finksiyalar aktivləşməyə bilər.

“StatCounter” kompaniyasının məlumatına görə,  dünyada  “Windows-7” əməliyyat sistemindən “Microsoft”  müştərilərinin 26,79 faizi istifadə edir. Azərbaycanda bu faiz nisbəti daha yüksəkdir.

Təbii ki, heç də hamının həm avadanlığı, həm də əməliyyat sistemini eyni zamanda yeniləmək imkanı yoxdur. Bunu leqal olaraq etmək heç də ucuz deyil. Bu səbəbdən Azərbaycanda da bir çox ölkədə olduğu kimi  “Microsoft”-un “pirat” məmulatlarından  istifadə olunur.

Bununla belə, nəzərə almaq lazımdır ki, “Windows-7”  bundan sonra da işləyəcək. Yəni şirkət sadəcə proqramın yenilənməsi ilə məşğul olmayacaq.

Əslində, köhnə model kompüterlərin  əvvəl özünü  yeniləmədən əməliyyat proqramını yeniləyib, “Windows-10”a keçməyin də bir əhəmiyyəti yoxdur. Odur ki, fəaliyyətinizdən və kompüterinizin təyinatından asılı olaraq bunu təxirə sala – eyni qaydada  bu proqramdan yararlana, yaxud mərhələ ilə həll edə bilərsiniz.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir