Pakistana yağan güclü qar can alır

Pakistanın təbii fəlakətlərlə mübarizə idarəsinin açıqladığı məlumata görə, son günlər yağan güclü qarın törətdiyi fəsadlar nəticəsində  həyatını itirənlərin sayı artmaqdadır.

Bədbəxt hadisələr qar uçqunu və sürüşməsi, həmçinin qar kütləsinə davam gətirməyərək damların dağılması nəticəsində baş verib. Azad Kəşmir bölgəsində 55 nəfər həlak olub.

Kəşmirin Nilum dərəsindəki Saranqan kəndində qar uçqunu altında 19 nəfər can verib.  Xilasedicilər qar topalarının altından 4 nəfəri çıxarda biliblər. Qar altında qalmış 10 nəfərin  axtarışları davam edir.

Belucistan ştatında damın uçması nəticəsində 20 nəfər – əsasən qadın və uşaqlar həyatını itirib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir