Tehranda türk dilində kitab çap edən nəşriyyat bağlanılıb

 

İran paytaxtı Tehranda türk dilində kitabların çapı ilə məşğul olan məşhur “Əndişe-yi No” Nəşr Evinin fəaliyyətinə qadağa qoyulub.

Məhkəmə  qapısı möhürlənən nəşr evini qanunsuz kitablar çap etmək və satmaqda günahlandırıb.

Nəşriyyat isə bütün kitabları İslami İrşad və Mədəniyyət Nazirliyinin verdiyi icazə əsasında çap etdiyini bildirir.

“Əndişe-yi No” Nəşr Evinin müdiri Yusif Fərzanə 40 ildir ki, bu işdə fəaliyyət göstərir, o, nəşriyyata aid bütün qanunlarla tanışdır.

Yusif Fərzanə mədəni fəaliyyəti ilə əlaqədar bir müddət həbsdə saxlanılıb. Dindirilmə zamanı ona bildirilib ki, 800 cilddən çox türkcə kitab, eləcə də kompüterlərin hard diskləri, sənəd və əlyazmaların götürülüb  müsadirə edilməsi barədə heç bir yerdə danışmasın.

“Əndişe-yi No” Nəşr Evinin müdiri  zaminə buraxılsa da, ona qarşı psixoloji təzyiqlər səngiməyib.

 


Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir