ABŞ və ÇXR: Ticarət nizamlanmasının ilk mərhələsi razılaşma ilə nəticələndi

ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Dövlət Şurasının baş nazirin müavini Lyu Xe ikitərəfli ticarət mübahisələrinin nizama salınması üzrə sazişin birinci mərhələsi ilə bağlı razılaşmanı imzalayıb.

TASS-ın verdiyi məlumata görə, bununla bağlı mərasim Ağ Evdə keçirilib. Sazişin detalları hələ açıqlanmayıb.

Daha əvvəl Ağ Evin Milli İqtisadi Şurasının başçısı Lourens Kudlou bildirib ki, ABŞ Pekinin ölkələr arasında ticarət razılaşmasının birinci mərhələsində qeyd edilmiş öhdəliklərə tərəfdar olmasına əmin olmaq üçün Çindən idxal edilən bir sıra mallara rüsumları saxlayacaq.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir