Dünya borc içində boğulur

Ötən il dünyanın onsuz da böyük olan (ÜDM-ə nisbətən) borc yükü bir qədər də yüksəlib.

Beynəlxalq Valyuta Fondunun açıqladığı məlumata görə, dövlətlərin (daxii borc da daxil)  qlobal borcu ötən il  9 trilyon dollar artaraq təqribən 253 trilyon dollara çatıb.

Qlobal borc-ÜDM nisbəti  322% səviyyəsində olub və  dünya tarixində bir rekorddur.

Bu böyük rəqəmin  çoxu inkişaf etmiş ölkələrə – ABŞ  ilə Avropanın payına düşür  və  ÜDM-ə nisbəti ümumilikdə 383 faizdir.

İnkişaf etməkdə olan bazarlarda borc səviyyəsi daha aşağı – cəmi 72 trilyon dollardır.

Çinin  ÜDM-ə nisbətdə borcu inkişaf etməkdə olan ölkələr arasında  ən yüksək səviyyə olan 310% -ə yaxınlaşır.

BVF  “Aşağı faiz dərəcələri və yüngül maliyyə şərtləri  şəraitində”  bu il də borc kütləsinin böyüyəcəyini, ümumi qlobal borcun 257 trilyon dolları keçəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, ötən il ABŞ Mərkəzi Bankı (FED) faiz dərəcələrinə üç dəfə əl gəzdirib – endirib. Ucuz dollar  isə borclanmaya meyli artırır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir