DYP əməkdaşları şəhər kameraları vasitəsilə daha effektli metodla işləməyə başlayıb

DYP  yollarda hərəkətin daha effektli nizamlanmasını təşkil etmək üçün  yeni metodla işləməyə başlayıb:  idarədə kameralara nəzarət edən əməkdaşlar mütəmadi olaraq yollarda xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə əlaqə saxlayır.

Hansı yolda sıxlıq müşahidə olunsa, harada qanunsuz parklanma və ya hansısa problem yaransa, dərhal ərazidə xidmət aparan əməkdaşa rabitə vasitəsilə məlumat verilir. YPX əməkdaşları isə vaxt itirmədən deyilən yerə yaxınlaşaraq problemi aradan qaldırırlar.

Yol polisi əməkdaşları “20 Yanvar”, “Şamaxinka”, 3-cü mikrorayon və “Memar Əcəmi” dairələrində fasiləsiz xidmət aparır, dayanacaqların ətrafını boşaldır, yolun hərəkət hissəsini zəbt edən taksi sürücülərini ərazidən kənarlaşdırırlar.

Həmçinin piyadaların yolu keçməsi, avtobusların dayanacağa rahat daxil olması, sərnişinlərin təhlükəsiz şəkildə minib-düşməsi təmin olunur. Bunun nəticəsində yollarda nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkəti təmin edilir.


Mənbə: AZƏRTAC

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir