İranda daha bir avtobus qəzası: 7 nəfər həyatını itirib, 31 sərnişin yaralanıb

İranda Məşhəd – Bəndər Abbas sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 7 nəfər həyatını itirib, 31 sərnişin yaralanıb.

Hadisə bu gecə –  yanvarın 15-i, saat 02:43 radələrində Kirman əyalətinin Bərdsir məntəqəsində baş verib.

Yayılan məlumata əsasən, yolun sürüşkən olmasına baxmayaraq yüksək sürətlə hərəkət edən avtobus birdən-birə aşaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində 5 qadın və 2 kişi yerindəcə həlak olub, 31 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Yaralılardan bəzilərinin vəziyyətinin  ağır olduğu bildirilir.

Qeyd edək ki, hər il İranın müxtəlif bölgələrində baş verən yol qəzalarında on minlərlə insan həyatını itirir.


Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir