Türkiyə və ABŞ prezidentləri telefonda bölgə və Liviya məsələlərini müzakirə ediblər

ABŞ prezidenti Donald Tramp həmkarı Rəcəb Tayyib Ərdoğanla  telefon əlaqəsində bölgə və Liviya məsələlərini müzakirə edib.

Bu danışıq haqqında mətbuata əlavə, detallı  məlumat verilməyib.

Xatırladaq ki, Liviya mövzusunda  diplomatik təşəbbüslər hələlik istənilən nəticəni verməyib. Hərçənd, Liviyada sülh istəyənlərlə  yanaşı, bunun qarşısını almağa çalışanlar da var.

Təsadüfi deyil ki, regionda güclü mövqeyə malik Türkiyə və Rusiya prezidentlərinin təşəbbüsü ilə münaqişə tərəflərinin Moskva danışıqları son anda pozulub – istənilən nəticə hasil olmayıb.

Liviyanın eks Qərargah rəisi  Liviyada sülh istəməyən və Hafterə hərbi yardım edən ölkələr sırasında Səudiyyə Ərəbistanının və Misirin adlarını çəkib.

Bəzi Qərb ölkələrinin də suyu bulandırdığı iddia olunur.

Bu səbəbdən Almaniyada iki gün sonra keçiriləcək növbəti Liviya konfransı  öncəsi  Trampla Ərdoğanın bu telefon danışığı maraqla qarşılanıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir