Ukrayna sərnişin təyyarəsi bir yox, iki raketlə vurulub - yeni video buna dəlalət edir

İranın Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsini vurmasını etiraf etməsində müstəsna rol oynamış videonu ilk yayan “New York Times” olmuşdu.

Bu qlobal nəşr daha bir video əldə edib və dünyaya göstərib. Videoda təyyarənin vurulması daha aydın görünür və eyni zamanda  onun bir deyil, iki raketlə vurulduğu bəlli olur. Birinci raket buraxıldıqdan və hədəfi vurduqdan  30 saniyə sonra ikinci raket atəşlənir – o da təyyarəyə yetişir…

Video təhlükəsizlik-nəzarət kameraları tərəfindən qeydə alınıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir