Çindəki epidemiya ilə əlaqədar ÜST və Azərbaycan Səhiyyə Nazirliyi tövsiyə edir

Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm epidemiyası ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Azərbaycan Səhiyyə Nazirliyinin birgə tövsiyəsi yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Səhiyyə Nazirliyi bildirir ki, sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də məlum deyil.

Kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:

  • – Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;
  • – Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühitlə birbaşa təmasından sonra;
  • – Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanları ilə yaxın təmasdan çəkinmək;
  • – Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarına birdəfəlik istifadə üçün nəzərdə tutulan tibbi maska taxmalı, əllərini yumalıdırlar.

31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etimologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. Yanvarın 9-da Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Çində baş qaldıran xəstəliyin kliniki əlamətləri əsasən hərarət və tənəffüs çatşmazlığından ibarət olub, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya müşahidə edilib. İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan-insana ötürülməyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir