Dağlıq ərazilərdə temperatur mənfi 12 dərəcəyədək düşüb

 

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti sərtləşib.

Bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 13 sm, Xaltan kəndində 5 sm, rayon mərkəzində 3 sm, Qusarda 4 sm, Xızının Altıağac qəsəbəsində 5 sm-ə çatıb.

Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burada temperatur mənfi 12 dərəcəyədək düşüb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir