Gəncədə azyaşlılara alkoqol və tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumata görə, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən reyd keçirilib. Reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə mağaza aşkar olunub.

Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib və xəbərdarlıq ediliblər.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir