Göygöldə satıcı külli miqdarda narkotiklə tutulub

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakinləri 38 yaşlı Baxşəli Mürsəqulov və 35 yaşlı Xəyal Əsgərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onların hər birinin üzərindən 1 ədəd kağız bükümdə narkotik vasitə olan “heroin” aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satanın həmyerliləri 50 yaşlı Mahir Məmmədovun olduğu müəyyən edilib. RPŞ-də onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 2 ədəd kağız bükümdə kustar üsulla hazırlanan psixotrop maddə hesab olunan “metamfetamin” və 1 ədəd kağız bükümdə kustar üsulla hazırlanan “heroin” aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı M. Məmmədov narkotik vasitələri satmaq məqsədi Rəşad adlı Gəncə şəhər sakinindən aldığını bildirib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 34 yaşlı Rəşad Hüseynov Gəncə şəhərində saxlanılaraq Göygöl rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 4 ədəd sellofan bükümdə “heroin” aşkar olunub. R. Hüseynova məxsus “NİVA” markalı avtomobildən isə ümumilikdə 299 ədəd müxtəlif adda narkotik vasitə hesab edilən dərman həbləri, 1 ədəd sellofan bükümdə “heroin” və 3 ədəd sellofan bükümdə psixotrop maddə hesab edilən “metamfetamin” aşkar olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir