Berlin konfransı öncəsi Afina bulanıq suyu bir az da qarışdırır

Moskva  görüşündə atəşkəs müqaviləsini  son anda imzalamaqdan imtina edən qiyamçı Hafterin Yunanıstana, Afinaya getdiyi məlum olub.

Yunanıstan  (guya təhlükəsizlik səbəbindən) bu səfər haqqında məlumatları  gizli saxlayıb və  yanvarın 19-da Liviya münaqişəsinin müzakirə olunacağı Berlin konfransına dəvət olunmamasının yanğısı ilə su bulandırmağa başlayıb.

Yunanıstan Baş Naziri  Türkiyə ilə Liviya arasında imzalanmış dəniz sərhədləri haqqında müqavilə ləğv olunmasa,  Liviya probleminin həlli ilə bağlı heç bir siyasi qərarı qəbul etməyəcəklərini  deyib.

Şübhəsiz, bu bəyanatın  arxasında qiyamçı Hafterlə gizli görüşün  pərdə arxasının mahiyyəti  üzə çıxır.

Bununla belə,  nəzərə alsaq ki, Moskva danışıqlarından fərqli olaraq  Berlin konfransında faktiki olaraq Liviyada, bölgədə aktiv siyasət yürüdən və döyüş meydanlarının arxa planındakı güclərin əksəriyyəti iştirak edir, Afinanın bu destruktiv təşəbbüsləri nəticəsiz qalacaq. Əlbəttə, Berlin konfransında hüquqi dəyəri olan hər hansı razılaşma imzalanar, tərəflər (qlobal güclər) konsensusa gələrsə.

Buna böyük ümid var. Konfransda ABŞ-ın dövlət katibi Pompeo da iştirak edəcək.

Amma Rusiyanın bununla bağlı açıqlaması birmənalı qavranılmır:  RF Xarici İşlər nazirinin müavini  Sergey Ryabkov mətbuat konfransında

Eşitdiyimə görə, ora (red: Berlin konfransına) dövlət katibi Pompeonun  gələcəyi gözlənilir. Hələlik bu xüsusda bizim tərəfdən hər hansı kontakt nəzərdə tutulmayıb”.

, – deyib.

Xatırladaq ki, Almaniyanın Baş Naziri Angela  Merkel  19 yanvarda  Berlində keçiriləcək Liviya konfransına  ABŞ, Türkiyə, Rusiya, İngiltərə, Fransa, İtaliya, Çin, Konqo,  Birləşmiş Ərəb Əmirlikləri, Misir, Əlcəzair,  eləcə də BMT, Avropa Birliyi, Afrika Birliyi və Ərəb Liqası nümayəndələrinin dəvət edildiyini açıqlayıb.

Qeyd edək ki, konfrans öncəsi  Almaniya hökumətinin nümayəndə heyəti  qiyamçı Hafterlə Liviyada görüşüb. Bu barədə məlumat yayan alman mənbələrinin iddiasına görə, Hafter atəşkəs müqaviləsi imzalamağa tərəfdar və razıdır.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir