Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva özünə və oğluna bəraət istəyir

İkimiz də günahsızıq”.

Bunu dünən Bakı Apelyasiya Məhkəməsində çıxışında  Hüseyn Abdullayevin anası deyib və o, sözlərini belə bitirib:

Allahdan qorxun. Bizim vergi borcumuz yoxdur, olmayıb, hamısı yalan yazılıb”.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayevə 6 il həbs, anasına cərimə cəzası kəsilib.

Onlar dələduzluq, vergidən yayınma və başqa əməllərdə təqsirli biliniblər. İddia olunur ki, onlar bina tikintisi və başqa biznes fəaliyyəti ilə pul qazansalar da, 1 milyon 400 min manata yaxın vergi borcunu ödəməyiblər.

Məhkəmədə vəkil Zeynəb Abdullayevanın bir sıra əmlakının müsadirəsi barədə qərarı da əsassız sayaraq ləğvini istəyib.

Vergilər Nazirliyinin nümayəndəsi Xəyal Əhmədov Abdullayevlərə hesablanan vergi məbləğində israrlı olub. Deyib ki, ekspertlərin rəyi əsasında hesablama aparılaraq bu məbləğ müəyyənləşdirilib.

Zeynəb Abdullayeva və Hüseyn Abdullayevin şikayətlərinə münasibət bildirmək üçün prokuror vaxt istəyib. Ona yanvarın 29-dək vaxt verilib.

 


Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir