İsrailin kiber-cəsus proqramlar istehsal edib satan NSO şirkəti məhkəməyə verilib

Dünyada jurnalistlərin və müxaliflət qüvvələrinin izlənməsini təmin edən cəsus-proqramları itehsalçısının  – İsrailin  NSO Qrupunun fəaliyyətnin məhdudlaşdırılması tələbi  ilə İsraildə məhkəmə başlanılıb.

“Amnesty İnternational” təşkilatı tərəfindən qaldırılan iddiada  İsrailin bu   firmasının proqramların xaricə ixrac lisenziyasının ləğvi istənilib.  Xüsusən də bu proqramlardan  təhlükəli məqsədlər üçün istifadə edə biləcək  rejimlərə satmasına mane olunması tələb olunub.

Bunlar bildiyimiz ən təhlükəli kiber silahlarıdır və bunlara lazımi şəkildə nəzarət edilmir”.

, – deyən “Amnesty International”ın İsraildəki nümayəndəsi Gil Naveh  qeyd edib ki, “Lisenziyaların ləğvini istəməyimizin səbəbi budur”.

İsrailin NSO şirkəti bir sıra rəqəmsal proqramlara giriş cəhdlərində tətbiq olunub.  Bu məhkəmə işi şirkət və onun məhsulu haqqında son qərar olacaq.

Xatırladaq ki, keçən il “Facebook” ABŞ-dakı “Hacker-for-Hire”  şirkətini 1400-ə yaxın istifadəçisini hədəfə aldığına görə məhkəməyə vermişdi.

2018-ci ildə “Amnesty” işçilərindən birinin zərərli proqramla hədəfə alındığını, hakerlərin onun  smartfonuna girərək “WhatsApp” mesajlarından informasiya əldə etməyə çalışdığı bildirib.

Bu İsrail şirkətinin cəsus proqramından 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalist Camal Qaşıqçının dəhşətli şəkildə öldürülməsində də istifadə edildiyi bəlli olub.


Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir