Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən irəliləyişlərin olduğunu düşünür. Bunu 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Sergey Lavrov jurnalistlərin sualına cavabında bildirib.
Nazirliyin saytında yerləşdirilən cavablarda 2019-cu ilin martında Vyanada Azərbaycan Prezidenti və Ermənistanın Baş Naziri arasında əldə edilmiş razılaşmaların inkişafı üçün 2019-cu ilin aprelində Moskvada xarici işlər nazirlərinin görüşündə razılaşdırılan “kiçik addımlar”ın həyata keçirilməsində irəliləyişlər olduğu vurğulanıb:
Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. Yerevan və Bakı arasında qaynar xətt fəaliyyət göstərir. Hesab edirik ki, bütün bunlar tərəflərin əhalinin sülhə hazırlanmasına yönəlmiş konkret addımlar atmaq niyyətindən xəbər verir”.
Eyni zamanda qeyd olunub: “Lakin hələlik nizamlamanın mahiyyəti üzrə irəliləyişə nail olunmayıb”.