Rusiya: Stavropolda fərdi evdəki yanğın zamanı dörd nəfər həlak olub

 Stavropol diyarında baş verən yanğında dörd nəfər ölüb

Rusiyanın Stavropol diyarında baş verən yanğında biri uşaq olmaqla dörd nəfər ölüb.

Bu barədə RİA “Novosti”yə Fövqəladə Hallar Nazirliyinin bölgədəki baş idarəsindən məlumat verilib.

Hadisə Qorkaya Balka kəndindəki fərdi evdə baş verib. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğının qarşısı alınıb və hazırda hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir