Kipr futbol çempionatı: Oyun təxirə salınıb

 Kiprin futbol çempionatı hakimə sui-qəsd cəhdinə görə dayandırılıb

Kiprin futbol çempionatının oyunu yarışın hakimlərindən birinin həyatına sui-qəsd cəhdinə görə qeyri-müəyyən müddətə təxirə salınıb.

TASS xəbər verir ki, bu barədə Kiprin Futbol Federasiyasının mətbuat xidməti bildirib.

Məlumata görə, matçın 33 yaşlı hakimi Andreas Konstantinin avtomobili minalanıb. Hüquq-mühafizə orqanlarının xəbərlərində bildirilir ki, sui-qəsd cəhdi hakimin evinin yaxınlığındakı dayanacaqda olub. Partlayışdan sonra avtomobilə ciddi zərər dəyib. Hakim özü zərər çəkməyib.

Qeyd edilir ki, Andreas Konstantinə sui-qəsd cəhdi Kipr futbolunda korrupsiya və hakimlərin ələ alınması ilə bağlı yaranmış vəziyyətə reaksiya ola bilər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir