İspaniya çempionatı: "Real" 20-ci turun lider komandasıdır

 

 "Real" "Sevilya”ya qalib gəlib

İspaniya çempionatının 20-ci turunun matçında Madrid “Real”ı “Sevilya”nı qəbul edib.

Qarşılaşma Madriddə, “Santyaqo Bernabeu” stadionunda keçirilib və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Real”ın ilk qolunu yarımmüdafiəçi Kazemiro vurub. O, 57-ci dəqiqədə topu rəqibin qapısına göndərib.

İkinci hissənin ortasında “Sevilya”nın hücumçusu Lyuk de Yonq hesabı bərabərləşdirib. Lakin 69-cu dəqiqədə Kazemiro dubl edib.

Bununla da “Real”ın İspaniya çempionatında uduşlu oyun seriyası 11 matça çatıb. Madrid təmsilçisi 43 xal toplayaraq, yarış cədvəlinə başçılıq edir.

“Sevilya” 35 xalla dördüncü yerdə qərarlaşıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir