Somalidə Türkiyə şirkətinə qarşı terror aktı törədilib

Somalinin paytaxtı Moqadişodan 30 kilometr  şimal-qərbdəki  Afqoya yaşayış məntəqəsində Türkiyə inşaat şirkətinin işçilərinə qarşı terror törədilib.

Somali mənbələrinin  “Reuters”ə verdiyi məlumata görə, bomba yüklü avtomobil sürətlə şirkət işçilərin nahar etdiyi yerə girib. Partlayış yerində türk işçilərlə yanaşı, somalili polislər də olub.

İlkin məlumatlara görə, 15 nəfər yaralanıb. Bunlardan 6-sı Türkiyə vətəndaşıdır. Vəziyyəti ağır olan yaraılar var.

Terror aktının “Əş-Şəbab” terroristlərinin törətdiyi düşünülür. Bu terror təşkilatı dünən adı çəkilən yaşayış məntəqəsinə hücum edib, onu ələ keçirməyə çalışıb. Hökumət gücləri onları geri püskürdüb.

Xatırladaq ki, “Əş-Şəbab” leqal hökuməti devirməyə çalışıb və bunun üçün bir sıra terror  aktları törədib.

Türk şirkətləri Somalidə infrastruktur yaradılmasında iştirak edir. Ötən ilin sonlarında Moqadişoda törədimiş dəhşətli terrorda həlak olan 90 nəfərdən 2-si Türkiyə vətəndaşı olub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir