Berlin konfransı sona çatdı: konkret nəticə yoxdur

12 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən sülh danışıqlarının ardından  Angela Merkel,   BMT  baş katibi və Avropa Birliyi komissiyasının sədri mətbuat konfransı keçirib.

Ümumi sözlərlə  sülhdən, Liviyada atəşkəsdən bəhs edilsə də, mətbuata söylənilənlərdən  konfransda konkret nəticəyə  gəlinmədiyi aydın olur.

Merkelin bildirdiyinə görə, tərəflər arasında atəşkəs müqaviləsi imzalandıqdan sonra 5+5 nəfərlik hərbi komitə yaradılacaq.

BMT katibi tərəflərin – konfrans iştirakçılarının atəşkəs, sülh  təklifinə tərəfdar olduğunu vurğulayıb və bunun dayanıqlı olması üçün  müzakirələrin  davamına ehtiyac duyulduğunu deyib.

Merkel Rusiya və Türkiyənin sülh təşəbbüsündə xüsusi rolunu qeyd edib, eyni zamanda  Rusiyanın Avropa ilə birgə fəaliyyətindən məmnunluğunu  dilə gətirib.

Avropa komissiyasının sədri mətbuat konfransının sonuna yaxın Hafterin atəşkəs və sülh təkliflərinə çox da meyillı olmadığını qeyd edib.

Beləliklə, əslində, real nəticə alınmayıb – diplomatik dillə hamı sülhdən bəhs edib, buna çalışacaqlarını bildirib, amma konkret sənəd imzalanmayıb.  Amma bəyannamə olacağı deyilib.

Berlin konfransı iştirakçıları münaqişə tərəflərinə silah embarqosunun tətbiqində da razılıq əldə etsələr də, buna nə dərəcədə əməl   və ya necə nəzarət olunacağı qaranlıq qalıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir