Berlində Liviya Konfransı başlayıb

Təxminən bir saatdır davam edən və nəticəsi böyük maraqla gözlənilən Berlin konfransında ev sahibindən başqa

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
  • Rusiya Prezidenti Vladimir Putin
  • Böyük Britaniyanın Baş Naziri Boris Conson
  • Fransa Prezidenti Emmanuel Makron
  • Misir Prezidenti Əbdül Fəttah əs-Sisi
  • Avropa Birliyi Komissiyası sədri Ursula von der Leven
  • İtaliya Baş Naziri Cüzeppe Conte
  • Konqo Prezidenti Felix Tshisekedi,
  • Əlcəzair Prezidenti Əbdülməcid   Təbun
  • BMT-nin Liviya təmsilçisi Həsən Salami

Eləcə də Ərəb Liqası ilə Afrika Birliyinin təmsilçiləri  iştirak edir.

Almaniya Baş Naziri Angela Merkelin dəvəti ilə toplanmış bu beynəlxalq heyət  iştirakçıları arasında Çin Kommunist Partiyasının Xarici İşlər Komitəsinin sədri  Yanq Cieçi, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zayid  Nahyan da var.

Konfrans məkanından beynəlxalq mətbuat orqanlarının canlı yayımlarında dəyirmi masa arxasına toplaşanadək iştirakçıların ayaqüstü  söhbətləşdikləri müşahidə olunub.

Konfransın əsas subyektləri – qiyamçı hərbçi Hafter və  Livya Milli barışıq Hökumətinin başçısı Sərrac ayrı-ayrı  otaqlarda konfransın başlamasını gözləyiblər.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir