Unudulmaz klarnet ifaçısı Vəli Qədimovun yubileyi keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı Vəli Qədimovun yubileyi keçiriləcək

Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının təşkilatçılığı ilə yanvarın 23-də Xalq artisti, unudulmaz klarnet ifaçısı Vəli Qədimovun xatirəsinə və 80 illik yubileyinə həsr olunmuş gecə təşkil ediləcək.

Vəli Qədimov görkəmli sənətkar Baba Salahovun rəhbərlik etdiyi ansamblda fəaliyyətə başlayıb. Az vaxt ərzində istedadı ilə ustad sənətkarların diqqətini cəlb edərək xalqın sevdiyi ifaçılardan olub.

Mahir klarnet ifaçısı uzun illər SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışıb. Onun ifa etdiyi oyun havaları və xalq musiqisi nümunələrinin lent yazıları hazırda Azərbaycan Radiosunun “Qızıl fond”unda qorunur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir