"Neftçi” Roberto Bordinlə yollarını ayırıb

“Neftçi”nin prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib.

Baş məşqçi Roberto Bordinlə müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsi barədə qərar qəbul edilib.

Qərara əsasən, italiyalı çalışdırıcı ilə görüş keçirilib və qarşılıqlı razılıqla yollar ayrılıb. Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir