Biləsuvarda avtomobildə 1,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

 Biləsuvarda avtomobildən 1,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat tədbiri zamanı 1,5 kiloqramdan artıq psixotrop maddə və narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat verilib.

Bildirilib ki, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Nəsirov “Chevrolet Cruse” markalı avtomobillə Biləsuvar şəhəri ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Keçirilən axtarış zamanı M.Nəsirovun üzərindən 37 qram narkotik vasitə heroin, idarə etdiyi avtomobilindən isə 1 kiloqram 75 qram psixotrop maddə olan metamfetamin, 555 qram heroin aşkar edilərək götürülüb. Saxlanılar şəxs narkotik vasitəni “Qulam” adlı İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir