Konqo ordusu ölkənin şərqində 12 silahlını məhv edib

 Konqo ordusu ölkənin şərqində 12 silahlını məhv edib

Konqo Demokratik Respublikasının Silahlı Qüvvələri ölkənin şərqindəki toqquşmalar zamanı “May-May” qruplaşmasının 12 silahlısını zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə “Actualite” informasiya portalı bildirib.

Silahlılar İturi əyalətinin Djoqo və Linda yaşayış məntəqələrinə hücum ediblər. Ancaq bu yaşayış məntəqələrində olan ordu bölmələri hücumları dəf edib və silahlıları ciddi itkilərə məruz qoyub.

Ordunun İturidəki rəsmi nümayəndəsi, leytenant Jyul Nqonqo bildirib ki, hərbçilər həmçinin silahlıların avtomat silahlarını və döyüş sursatlarını ələ keçirməyə müvəffəq olublar.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir