İrandan qəribə qanun: xaricə gedənlər “çıxış pulu” və vergi ödəyəcək

İran parlamenti  xarici ölkələrə edilən səfərlərlə bağlı yeni qanun qəbul edib.  Qanuna əsasən ölkədən çıxan hər bir şəxs buna görə vergi ödəməli olacaq.

Hələlik ödəniləcək verginin  məbləği  açıqlanmasa da, bu verginin hazırda ödənilən “çıxış pulu” ilə fərqli anlayış olduğu bildirilir. Belə ki, artıq xaricə gedən ölkə vətəndaşları hər iki məbləği ödəməli olacaqlar.

Deputatların sözlərinə görə, tələbələr, diplomatlar, xəstələr, xaricdə işləyən vətəndaşlar və İraqa dini ziyarətə gedənlər yeni vergidən azad olacaqlar.

İranın 1399-cu il (red: 21 mart 2020- 21 mart 2021) büdcə layihəsində il ərzində ilk dəfə xaricə gedənlərin 264 min tümən “çıxış pulu” ödəmələri nəzərdə tutulur.

2-ci səfərdə məbləğ 396 min, 3-cüdə isə 528 min tümənə qədər yüksələcək. Yeni vergini də “çıxış pulu”nun üzərinə gəldikdə, demək olar ki, onsuzda ağır iqtisadi vəziyyətdə yaşayan İran vətəndaşlarının xaricə səfər etmələri daha da çətinləşəcək.


Mənbə: GünazTv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir