Rusiya Türkiyə üçün S-400 diviziyası və 120-dən çox zenit raketi tədarük edib

 

Rusiya Türkiyəyə S-400 “Triumf” zenit-raket sisteminin rejimli dəsti ilə birlikdə 120-dən çox zenit idarəedici raket tədarük edib.

TASS-ın məlumatına görə, bu barədə Rusiyanın hərbi-diplomatik mənbəsi açıqlama verib.

“Türkiyə Rusiyadan iki S-400 diviziyası, 120-dən çox zenit raketi, həmçinin köməkçi avadanlıqlar, ehtiyat hissələri və alətlər alıb”, – məlumatda bildirilib.

Mənbə qeyd edib ki, iki ölkə arasında imzalanan müqavilənin şərtlərinə görə, texnologiyanın Türkiyə tərəfinə təhvil verilməsi nəzərdə tutulmurdu.

Qeyd edək ki, sözügedən müqavilənin qəbul aktı Türkiyə və Rusiya nümayəndələri tərəfindən 2019-cu il dekabrın əvvəlində Ankarada imzalanıb. Sənədin imzalanması ilə Rusiya tərəfindən sistemlərin 20 aylıq zəmanətlə çatdırılması nəzərdə tutulub.

“Rosoboroneksport” məlumatla bağlı heç bir şərh verməyib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir