Politoloq: Azərbaycan çox qabağa gedib və Ermənistanı geridə qoyub

Nikol Paşinyanın Ermənistanı Azərbaycanla müqayisə etməsi tamamilə yersiz və cəfəngdir.

Bunu Trend-ə rusiyalı politoloq Qalina Niyazova deyib.

O bildirib ki, özünü kiminləsə müqayisə etmək əvvəlcədən məğlubiyyəti qəbul etmək deməkdir: “Bugünkü Ermənistanı Nikol Paşinyan hakimiyyətə gələrkən təhvil aldığı böhranlı Ermənistanla müqayisə etmək daha mənalı olardı. Amma hələlik hansısa müsbət dəyişiklikdən danışmaq üçün əsas yoxdur”.

Politoloq qeyd edib ki, özünün təbii, əmək, informasiya, iqtisadi ehtiyatları sayəsində dünya siyasi arenasında yüksək statusa yiyələnmiş Azərbaycan çox qabağa gedib və daha güclü qonşusu Rusiyanın hesabına mövcudluğunu davam etdirən Ermənistanı geridə qoyub:

Ermənistan Rusiyadan silahlar almaqda davam edir. Amma bunu bazar qiymətinə deyil, daxili Rusiya bazarına uyğun qiymətlərlə edir. Bu cür “pay vermək” Ermənistanın öz hərbi təhlükəsizliyini təmin etməkdə açıq-aşkar gücsüzlüyünü göstərir. Dağılmaqda olan iqtisadiyyat əhalinin ölkədən gedişi ilə təsdiq olunur. Bu kontekstdə iki dövləti müqayisə etsək, seçim açıq şəkildə Ermənistanın xeyrinə olmayacaq”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir