Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var (VİDEO)(YENİLƏNİB)

Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var (VİDEO)(YENİLƏNİB)

Sumqayıtda baş verən qəzada 1 nəfər ölüb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, hadisə mikroavtobusun piyadanı vurması nəticəsində baş verib.

Piyadanı vuran mikroavtobus idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.

Nəticədə sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

XXX

08:07

Sumqayıtdan Bakı istiqamətinə hərəkətdə olan “Mercedes Sprinter” markalı 10 ND 312 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb və yolun qarşı hərəkət istiqamətinə keçib.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəzada ölən və xəsarət alanların olub-olması barədə dəqiq məlumat yoxdur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir