Azərbaycan İspaniyada keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti “FITUR” beynəlxalq turizm sərgisində iştirak edir.
İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən sərgi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə BMT-nin Ümumdünya Turizm Təşkilatının rəsmiləri, həmçinin dövlət nümayəndələri və şirkət rəhbərləri arasında görüşlər keçirilir.

Görüşlər zamanı turizm sahəsinin inkişafına dair ikitərəfli müzakirələr aparılır.

Yanvarın 26-dək davam edəcək sərgidə turizm şirkətlərinin nümayəndələri tərəfindən Azərbaycanın turizm imkanları barəsində təqdimatlar edilir, B2B (Biznesdən-biznesə) formatlı görüşlər təşkil olunur.
Qeyd edək ki, 2019-cu ildə “FITUR” sərgisində 165 ölkədən 10 mindən çox şirkət iştirak edib və sərgi 142 mindən çox ziyarətçi qəbul edib. Bu il təşkil olunan sərgi sayca 40-cıdır.
Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir