Azərbaycanda elektrik enerjisinin istehsalı ötən il 3%-dən çox artıb

2019-cu ildə Azərbaycanda ümumi elektrik enerjisi istehsalı 2018-ci illə (25236,0 mln. kVt•st) müqayisədə 851,1 mln. kVt•st və ya 3,37% artaraq 26 087,1 mln. kVt•st çatıb.

“APA-Economics”ə Energetika Nazirliyindən verilən məlumata görə, ötən il İES-lərdə elektrik enerjisinin istehsalı 2018-ci ilə ( 23 169,5 mln. kVt•st ) nisbətən 1 012,4 mln. kVt•st artaraq 24 181,9 mln. kVt•st, SES-lərdə keçən ilə (1 782,2 mln. kVt•st) nisbətən 222,5 mln. kVt•st azalaraq 1559,7 mln. kVt•st, GES-lərdə isə keçən ilə (39,3 mln. kVt•st) nisbətən 4,9 mln. kVt•st artaraq 44,2 mln. kVt•st təşkil edib.

KES-lərdə 2018-ci ilə (82,7 mln. kVt•st) nisbətən 22,7 mln. kVt•st artaraq 105,4 mln. kVt•st, Bio ES-lərdə isə  2018-ci ilə (162,2 mln. kVt•st) nisbətən 33,7 mln. kVt•st artaraq 195,9 mln. kVt•st enerji istehsal olunub.

Elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2018-ci ilə (22 520,7 mln. kVt•st) nisbətən 867,7 mln. kVt•st yüksələrək 23 388,4 mln. kVt•st, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə keçən ilə (431,4 mln. kVt•st) nisbətən 8,1 mln. kVt•st azalaraq 423,3 mln. kVt•st,

Bundan əlavə, Müstəqil Elektrik Stansiyaları üzrə 2018-ci (2 283,7 mln. kVt•st) nisbətən 8,3 mln. kVt•st azalaraq 2275,4 mln. kVt•st təşkil edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir