DMX-nın yeni saytının təqdimatı keçirilib

Bu gün Dövlət Miqrasiya Xidmətində (DMX) yeni yaradılmış www.migrationto.az saytının təqdimatı keçilib.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə birgə həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək” layihəsi çərçivəsində hazırlanmış www.migrationto.az veb-saytda ölkəmizə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvafiq dövlət qurumları tərəfindən göstərilən xidmətlər, o cümlədən ölkənin mədəniyyət tarixi, adət-ənənələri, turizm məkanları barədə məlumatlar yer alıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən veb-saytın dil imkanlarının gələcəkdə genişləndirilməsi də planlaşdırılır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir