Kirayə mənzilin verilmə şərtləri

Kirayə ödəyib, sonda mənzil sahibi olmaq istəyənlərin diqqətinə:  kirayə mənzilin verilmə şərtləri  və bəzi məlumatlar:

KİRAYƏ MÜQAVİLƏSİ
Minimal müddət3 il
Maksimal müddət25 il
Yaşa görə maksimal müddətson ödəniş tarixinə yaş 70 yaşdan çox olmamalı
Qabaqcadan ödənişaylıq ödənişin ən azı 12 misli
Ödəniş valyutasıAzərbaycan manatı
SubkirayəFondla razılaşdırmaqla
Kirayə hüquqlarının ötürülməsi3 ildən sonra Fondla razılaşdırmaqla
Vaxtından əvvəl tam ödəniş3 ildən tez olmayaraq
KİRAYƏÇİ
Azərbaycan Respublikasının vətəndaşı olmalı
Məhkumluğu olmamalı
Müraciət anına vaxtı keçmiş öhdəlikləri olmamalı
Müraciət anına yaşı 60-dan yuxarı olmamalı
Müraciət anına Fondla aktiv kirayə münasibətləri olmamalı
Rəsmi gəlirlərə malik olmalı
YAŞAYIŞ SAHƏSİ
2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir
Alış anına standartlara uyğun tam təmirli olmalıdır, habelə elektrik enerjisi, qaz və su ilə təchiz olunmalıdır
İnfrastruktur obyektlərə (nəqliyyat, səhiyyə, iaşə, təhsil və s.) yaxın olmalıdır
Sakinlərin istirahəti üçün həyatyanı sahəyə malik olmalıdır
Tikinti standart və normalarına cavab verməlidır
Müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır (Fond tərəfindən)
Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir