Kolumbiyada 2 avtobusun toqquşması nəticəsində 16 sərnişin xəsarət alıb

 

Kolumbiyada iki sərnişin avtobusu toqquşub.

TASS-ın verdiyi xəbərə görə, bu barədə çərşənbə günü RSN radiosu məlumat yayıb.

Bukaramanqa şəhərində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı 16 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlardan ikisinin azyaşlı olduğu bildirilib.

İlkin məlumata görə, avtobuslardan birinin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini dayanmış digər avtobusa çırpıb.

Hadisənin səbəbləri araşdırılır.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir